Azərbaycanda orqan transplantasiyası gözləyənlərin sayı AÇIQLANIB

media-ads_728_90

1000 nəfərdən çox xəstə orqan transplantasiyasını gözləyir.

“TV1” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Bildirilir ki, hazırda Azərbaycanda 1000 nəfərdən çox orqan transplantasiyası gözləyən şəxs var: “Bura həm canlı donoru olan, həm də meyid donordan orqan gözləyən vətəndaşlarımız aiddir. Eyni zamanda, 4642 vətəndaş dializdədir”.

Açıqlamada qeyd olunur ki, 8 yaşdan 70 yaşa qədər orqan və toxuma transplantasiyası gözləyən şəxslər var ki, onların üstünlük təşkil edən yaş aralığı 30-50-dir.

media-ads_728_90
Paylaş