Azərbaycanda qeydiyyata alınmaq üçün müraciət edən əcnəbilərin SAYI

media-ads_728_90

2025-ci ilin 1-ci yarımili ərzində Dövlət Miqrasiya Xidmətinə (DMX) fəaliyyət istiqamətləri üzrə 259 316 müraciət daxil olub.

“TV1” xəbər verir ki, DMX-nin məlumatına əsasən, müraciətlərin bölgüsü aşağıdakı kimi olub:

– Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müraciətlər – 150 548
– Azərbaycan Respublikasının ərazisində yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı müraciətlər – 35 629
– Vətəndaşlıq məsələləri ilə bağlı müraciətlər – 888
– Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı müraciətlər – 6 753
– Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı müraciətlər – 5 950
– Çağrı mərkəzinə daxil olan zənglər – 35 994
– Xidmətin sosial şəbəkə hesabları və “onlayn bələdçi” xidməti vasitəsilə daxil olan müraciətlər – 7 142
– Vətəndaşlardan, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən müxtəlif məsələlərlə bağlı daxil olmuş ərizə, şikayət və təkliflər – 5 540
– Digər müraciətlər – 10 872

media-dmx-ecnebi

 

 

 

 

 

 

 

 

 

Tənzimlənməyən miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Miqrasiya Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulmasına görə 9 714 qərar qəbul edilib.

media-ads_728_90
Paylaş