Azərbaycanda Ramazan bayramı qeyd olunur

media-ads_728_90

Martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramıdır.

“TV1” xəbər verir ki, bu gün Bakıdakı Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00-a, Təzəpir məscidində 09.00-a təyin edilib.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata əsasən bildirib ki, bu il Ramazan bayramı Miladi təqvimlə martın 30-na təsadüf edir.

İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda hər il olduğu kimi, bu il də Ramazan bayramı yüksək əhvali-ruhiyyə ilə qeyd edilir.

Bayram münasibətilə Azərbaycanın bütün məscidlərində, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki məscidlərdə bayram namazları qılınıb, şəhidlərimizin ruhlarına dualar oxunub.

media-ads_728_90
Paylaş