Azərbaycanda sağlam şəhərlər yaradıla bilər

media-ads_728_90

“Sağlam şəhər 30 illik bir proqramdır”.

“TV1” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, 2050-ci ilə qədər dünya əhalisinin 70 faizdən çoxu şəhərlərdə yaşamış olacaq:

“Əgər şəhərdə dayanacaqlar arası məsafə 400 metrə qədər olarsa, həmin əhalinin viruslara yoluxma azalır. Bunlar aparılmış araşdırmaların nəticəsidir. Məktəblərdə, universitetlərdə yemək boşqablarının kiçildilməsi insanların daha az yeməsinə səbəb olub. Sağlam şəhərlər önəmlidir. Azərbaycanda sağlam şəhərlərin yaradılması üçün danışqlar aparılır. İnanıram ki, Azərbaycan da tezliklə sağlam şəhərlər olan ölkələr siyahısına daxil olacaq”.

media-ads_728_90
Paylaş