media-1200x100

Azərbaycanın seçki qanunvericiliyi açıq, azad və demokratik seçkilərin keçirilməsini təmin edir - MDB

media-ads_728_90

“Azərbaycanın seçki qanunvericiliyi beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsip və normalarına cavab verir, açıq, azad və demokratik seçkilərin keçirilməsini təmin etməyə imkan yaradır”.

“TV1” xəbər verir ki, bu barədə MDB müşahidə missiyasının rəhbəri, MDB-nin Baş katibinin birinci müavini Leonid Anfimov brifinqdə deyib.

O bildirib ki, seçkilərin demokratik standartlara uyğunluğunu müəyyən etmək üçün təhlil aparılıb:

“Təhlil göstərdi ki, Konstitusiya və Seçki Məcəlləsi, habelə onların əsasında qəbul edilmiş normativ hüquqi aktlar seçicilərin səsvermə zamanı sərbəst iradələrini ifadə etmələri üçün şərait yaradan müddəaları və prinsipləri birləşdirir. Missiyanın fikrincə, seçki qanunvericiliyi beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsip və normalarına cavab verir və açıq, azad və demokratik seçkilərin keçirilməsini təmin etməyə imkan verir”.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, seçkilərdə seçici fəallığı 37,27 faiz təşkil edib. Seçkilərdə səs verən seçicilərin sayı 2 196 771 nəfər olub. 5895 seçki məntəqəsi protokollarını MSK-ya təqdim edib.

Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

media-ads_728_90
Paylaş