media-1200x100

Azərbaycanın Xalq Artisti Almaniyanın böyük SƏHNƏSİNDƏ – EKSKLÜZİV/FOTO

media-ads_728_90

Almaniyanın Manhaym şəhərinin Milli Teatrında Azərbaycanın Xalq Artisti, Opera va Balet Teatrının solisti Əvəz Abdullayevin iştirakı ilə bu gün opera tamaşası oynanılacaq.

“TV1” xəbər verir ki, Manhaym şəhərinin Milli Teatrının böyük səhnəsində oynanılacaq əsər bəstəkar Pyetro Maskaninin “Kənd şərəfi” adlanır.

Qeyd edək ki, Əvəz Abdullayev operada baş rollardan birini – Alfionu oynayır.

Xalq Artisti “TV1”ə verdiyi eksklüziv açıqlamasında bildirib ki, operanı Manhaymın Milli Teatr Orkestri müşayiət edəcək.

media-ads_728_90
Paylaş