Azərbaycanlı şagird Fidan Rüstəmova beynəlxalq olimpiadanın QALİBİ OLUB - ÖZƏL/FOTO

media-ads_728_90

Bakı Avropa Liseyinin 7-ci sinif şagirdi Fidan Rüstəmova 10-16 iyun tarixlərində ABŞ-ın New York şəhərində keçirilən NEO SCİENCE olimpiadasının Grand Final mərhələsində coding, mathematics və Aİ prompt kateqoriyaları üzrə yarışaraq bir sıra uğurlar əldə edib.

“TV1” xəbər verir ki, Fidan Rüstəmova coding üzrə qızıl və bürünc medal, mathematics üzrə bürünc medal, Aİ Prompt üzrə isə bürünc medal qazanıb.

Qeyd edək ki, Fidan Rüstəmova Liseyin əlaçısı olmaqla yanaşı, həm də “Maestro schoolu”nun da tələbəsidir.
2024-cü il yanvar və fevral aylarında o, onlyne keçirilən International STEM olimpiadasinda mathematics və coding kateqoriyalari üzrə yarışmada iştirak edərək uğur qazanıb və Niderland krallığının Haaqa şəhərində keçiriləcək Grand Final mərhələsinə iştirak hüququ qazanıb.

Fidan Rüstəmova həmçinin, 2024-cu il 10-16 iyul tarixlərində Haaqa şəhərində keçirilən Grand Final mərhələsində iştirak edib, Coding üzrə qızıl medal, mathematics üzrə isə bürünc medal qazanıb.

Xatırladaq ki, 2025-ci il yanvar və fevral aylarında Fidan Rüstəmova onlyne keçirilən NEO SCİENCE Olimdiadasında coding və mathematics üzrə iştirak edib və Top 3-lüyə düşərək ABŞ-ın New York şəhərində keçiriləcək Grand Final mərhələsində iştirak hüququ qazanıb.

media-ads_728_90
Paylaş