Azərbaycanlı yeniyetmə xərçəngi təyin edən mobil tətbiq YARADIB - ÖZƏL/VİDEO

media-ads_728_90

“Yaratdığım mobil tətbiq dəri xərçəngini şəkil üzərindən təyin edir.

Bunu “TV1”-ə özəl açıqlamasında tətbiqin yaradıcısı, “Hədəf” STEAM Liseyinin 10-cu sinif şagirdi Ömər Məmmədli deyib.

O bildirib ki, hazırda dünyada yüz minlərlə insan bu xəstəlikdən əziyyət çəkir:

“Hələ də bu xəstəlikdən erkən xilas olmaq üçün yetərli olan müayinə və müalicə yoxdur. Həkimlər bildirirlər ki, bu xəstəliyi olan insanların ən mümkün xilas yolu erkən diaqnozun qoyulmasıdır. Mən də belə bir mobil tətbiq yaratdım ki, insanların daha tez xəstəliyə tutulub-tutulmadığını bilmək imkanı olsun. Bu xəstəliyə tutulduğunu düşünən insanlar tibbi diaqnozun qoyulması üçün bir çox əziyyətə qatlanırlar. Halbuki, bəlkə də o insanların heç xərçəng xəstəliyi yoxdur. İnsanlar bizim mobil tətbiqə daxil olurlar, öncə dəridə olan hissənin şəklini çəkirlər. Daha sonra bu şəklin üzərindən sistem özü 10 saniyə ərzində onu analiz edir. Yüzdə 98 faizlə sistem düzgün təyin edir ki, bu, dəri xərçəngidir, yoxsa sadə bir ləkədir”.

Sözügedən tətbiqin praktikada tətbiqinin nə zaman reallaşacağına gəlincə isə Ö.Məmmədli bunları deyib:

“Hazırda praktik işlər tərəfimizdən həll olunub, testlərdən keçirilib. Sponsor və investisiya məsələləri ilə bağlı, eləcə də dövlət qurumları ilə tətbiqin praktikada reallaşdırılması istiqamətində danışıqlar aparılır. Bu tətbiq 700 mindən artıq insana çarə ola bilər”.

Mətanət Əliyeva 

Daha ətraflı videomüsahibədə: 

media-ads_728_90
Paylaş