media-1200x100

Bağçalarda pedaqoji heyət üçün sınaq qiymətləndirilmə keçiriləcək

media-ads_728_90

Məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyət üçün sınaq qiymətləndirilmə keçiriləcək.

“TV1” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, 29 avqust tarixində saat 10:00-dan 20:00-a qədər məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyət – tərbiyəçi-müəllim və metodistlər üçün onlayn sınaq keçiriləcək.

Sınaqların, eləcə də Təhsil İnstitutu tərəfindən keçirilən vebinarların məqsədi məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin cari ildə keçiriləcək diaqnostik qiymətləndirilməyə hazırlığı prosesinin təmin edilməsidir.

media-ads_728_90
Paylaş