İraqdakı yanğında ölənlərin sayı 63-ə çatıb - YENİLƏNİB
İraqın şərqindəki Kut şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 63-ə çatıb.
“TV1” xəbər verir ki, yerli qurumların məlumatına görə, hadisə nəticəsində 40 nəfər xəsarət alıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, həlak olanlardan 59-nun şəxsiyyəti müəyyən edilib.
10:12 ————————————————————————————————————————————
İraq Bağdadın cənubunda Kut şəhərində ticarət mərkəzində baş verən güclü yanğında həlak olan 50 nəfərin xatirəsinə ehtiram olaraq ölkədə üç günlük matəm elan edib.
“TV1” xəbər verir ki, “Aljazeera” kanalının yaydığı məlumata görə, bu barədə Vasit vilayətinin qubernatoru Məhəmməd Cəmil əl-Mayya bildirib.
“Yanğın nəticəsində 50 nəfər itirdik. Səlahiyyətli orqanlar yanğının səbəblərini araşdırmağa davam edir, ilkin nəticələr tam şəffaflıq təmin edilməklə 48 saat ərzində ictimaiyyətə açıqlanacaq”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Vasit polis komandanlığı hipermarketdəki yanğını söndürmək üçün əyalətin mülki müdafiə qüvvələrinin tam səfərbərliyini elan edib.