Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslər təşkil olunub - CƏDVƏL/VİDEO

media-ads_728_90

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Naxçıvanla nəqliyyat əlaqəsinin təmin olunması üçün Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslər təşkil edib.

“TV1” xəbər verir ki, bu barədə qurumun məlumatında bildirilir.

Qeyd olunur ki, mövcud vəziyyət nəzərə alınaraq Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün AZAL-ın Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti uçuş cədvəli hazırlanıb.

Cədvələ əsasən, 6 mart 2026-cı il tarixinə planlaşdırılan reyslər aşağıdakı kimidir:

Reys Bakıdan qalxma İğdıra enmə Avtobusun İğdırdan yola düşməsi Avtobusun Naxçıvandan yola düşməsi İğdırdan qalxma

Bakıya

enmə

J2 2251 / 2252 16:30 17:30 18:30 14:00 18:30 21:30
J2 2253 / 2254 17:30 18:30 19:30 15:00 19:30 22:30
J2 2255 / 2256 18:30 19:30 20:30 16:00 20:30 23:30
J2 2257 / 2258 19:30 20:30 21:30 17:00 21:30 00:30 (+1 gün)

Sərnişinlərdən uçuşdan ən azı bir saat yarım əvvəldən aeroporta gəlmələri və üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqələrinin olması xahiş olunur.

Sərnişinlərlə uçuş cədvəlində hər hansı bir dəyişiklik baş verdiyi təqdirdə, ətraflı məlumat paylaşılacaq.

media-azal-7

media-ads_728_90
Paylaş