Bakı metrosu saat 02:00-dək işləyəcək

media-ads_728_90

Bakı Kristal Zalında keçiriləcək “UFC Fight Night” turniri ilə əlaqədar Bakı metrosunun iş rejimi dəyişdirilib.

“TV1” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin məlumatında bildirilir.

Qeyd olunur ki, iyunun 21-dən 22-nə keçən gecə stansiyalarda iş saatları 2 saat uzadılacaq. Tədbir iştirakçılarının mənzil başına rahat çatması üçün bütün stansiyaların girişi saat 02:00-dək açıq saxlanılacaq.

Həmçinin sərnişinlərin təhlükəsiz daşınmasını təmin etmək üçün Bakı Kristal Zala daha yaxın yerləşən “Sahil” və “İçərişəhər” stansiyalarında ehtiyat tədbirləri görüləcək.

media-ads_728_90
Paylaş