Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

media-ads_728_90

Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası təxirə salınıb.

“TV1” xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” məlumat yayıb.

“Bakı və Tbilisi arasında dəmir yolu ilə sərnişin daşınmasının bərpa edilməsinə dair işlər davam etdirilir, lakin reyslərin bərpa edilməsinin dəqiq tarixi daha sonra açıqlanacaq”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Azərbaycan və Gürcüstan arasında qatarların hərəkəti 2020-ci ilin martında koronavirus pandemiyası səbəbindən dayandırılıb. Bir müddət əvvəl isə Gürcüstanın İqtisadiyyat Nazirliyi Bakı və Tbilisi arasında qatarların hərəkətinin mayın 1-dən bərpa ediləcəyini açıqlamışdı.

media-ads_728_90
Paylaş