Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslər iyunun sonunadək ləğv edilib

media-ads_728_90

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı –Təbriz–Bakı marşrutu üzrə reysləri iyun ayının sonunadək ləğv edib.

“TV1” xəbər verir ki, bu barədə QSC-nin mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd edək ki, aviaşirkət bu ilin iyun ayının 15-dən Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslərə başlamağı planlaşdırırdı. Bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetirilməsi gözlənilirdi.

media-ads_728_90
Paylaş