Bakıda 6 kq çəkidə doğulan körpənin vəziyyəti ilə bağlı AÇIQLAMA
“Bakıda 6 kiloqram çəkidə doğulan körpə sabah evə buraxılacaq”.
“TV1” xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsinin mama-ginekoloqu Solmaz Mehdiyeva jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, körpənin vəziyyəti hazırda normaldır və təbii şəkildə ana südü ilə qidalana bilir:
“Bu ananın artıq üçüncü hamiləliyidir. Bundan əvvəl dünyaya gətirdiyi körpəsi də 4 kiloqram 600 qramla təbii doğuşla dünyaya gəlib. Hamiləliyin əvvəlindən qadın 1 saylı qadın məsləhətxanasında qeydiyyatda olub, doğuşa az qalmış bizə müraciət edib”.
Doğumdan əvvəl anaya təkidlə qeysəriyyə əməliyyatını məsləhət gördüklərini deyən S.Mehdiyeva qeyd edib ki, o, bundan imtina edib:
“Ananın özünün də boyu uca, çəkisi çoxdur. Doğuşdan əvvəlki müayinələrdə şəkər xəstəliyi aşkarlanmadı. Yəni, uşağın çəkisi hansısa xəstəlikdən yox, tamamilə təbii şəkildə belə çoxdur”.