Bakıda Gürcüstanın Müstəqillik Günü münasibətilə təntənəli tədbirlər keçiriləcək

media-ads_728_90

Gürcüstanın Xarici İşlər və Mədəniyyət nazirlikləri mayın 23-24-də Bakıda Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş bir sıra tədbirlər təşkil edəcək.

“TV1” xəbər verir ki, mayın 23-də Bakıda təşkil ediləcək diplomatik qəbulda Gürcüstandan olan məşhur musiqiçilər Azərbaycanda tanınan kompozisiyalarla çıxış edəcəklər.

Bundan başqa, dünyaşöhrətli somelyelər gürcü şərablarının dequstasiyasını keçirəcək, gürcü aşpazlar isə gürcü mətbəxi üzrə ustad dərsləri keçəcəklər.

Qonaqlar həmçinin Gürcüstanın ənənəvi zərgərlik məmulatları və geyimlərinin sərgisi ilə tanış ola biləcəklər.

Mayın 24-də simfonik orkestrin, “Music Band” musiqi qrupunun, “Şvidkatsa” ansamblının və məşhur gürcü solistlərin iştirakı ilə qala-konsert keçiriləcək. Konsertdə Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze fəxri qonaq qismində iştirak edəcək.

media-ads_728_90
Paylaş