Bakıda məşhur musiqi qrupu "Dalğa"nın konserti olacaq - VİDEO
Bakıda Heydər Əliyev Sarayında məşhur musiqi qrupu “Dalğa” konsert proqramı ilə çıxış edəcək.
“TV1” xəbər verir ki, “Sahildən sahilə – könül körpüsü” adlanan konsert proqramı may ayının 3-də keçiriləcək.
Konsertdə aşıqlar qrupu, məşhur muğam ifaçıları da iştirak edəcəklər.
“Dalğa” musiqi qrupunun rəhbəri Çingiz Mehdipurdur.