Bakıda məşhur musiqi qrupu "Dalğa"nın konserti olacaq - VİDEO

media-ads_728_90

May ayının 3-də Bakıda Heydər Əliyev Sarayında məşhur musiqi qrupu “Dalğa” konsert proqramı ilə çıxış edəcək.

“TV1” xəbər verir ki, “Sahildən sahilə – könül körpüsü” adlanan konsert proqramı may ayının 3-də keçiriləcək.

Konsertdə aşıqlar qrupu, məşhur muğam ifaçıları da iştirak edəcəklər.

Qeyd edək ki, “Dalğa” musiqi qrupunun rəhbəri Çingiz Mehdipurdur.

Məqsəd mədəniyyətimizin kökü olan aşıq musiqisinin inkişafına töhfə verməkdir. Konsertdə aşıqlarla yanaşı, dünya şöhrətli sənətkarımız, Xalq artisti Alim Qasimov, Fərqanə Qasımova, Mirələm Mirələmov və başqa xanəndələr də iştirak edəcəklər.

Bundan başqa, aşıq havalarının “Dalğa” qrupunun müşayiəti ilə dünya musiqi prinsiplərinə uyğun ifa olunması bu sənətə müasir ovqat bəxş edəcək.

Ç.Mehdipur bildirib ki, daha bir ülvi məqsədimiz konsertimizin adından da göründüyü kimi, insanlar arasında mənəvi birliyi tərənnüm etmək, könül bağını gücləndirməkdir.

media-ads_728_90
Paylaş