Bakıda müəllimləri təhqir edən direktor işdən çıxarıldı

media-ads_728_90

Bakı şəhəri 301 nömrəli tam orta məktəbin direktoru Sevda Sarıyeva müəllimlərə qarşı uyğunsuz davranışına görə işdən çıxarılıb.

“TV1” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, fəaliyyətində yol verdiyi nöqsanlara görə müvafiq əmrlə təhsil müəsissəsinin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

“Təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir”, – deyə məlumatda qeyd olunub.

media-ads_728_90
Paylaş