Bakıda orta əməkhaqqı 9 %-ə yaxın artıb

media-ads_728_90

Bu ilin yanvar-iyul aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 376,3 manat təşkil edib.

“TV1” xəbər verir ki,bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar-iyul ayları ilə nisbətən 8,6 % artıb.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,5 % artaraq 1 098,1 manat təşkil edib.

media-ads_728_90
Paylaş