media-1200x100

Bakıda TDT ölkələrinin ekologiya nazirlərinin ilk iclası keçiriləcək

media-ads_728_90

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ekologiya nazirlərinin ilk iclası keçiriləcək.

“TV1” xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında qeyd edilib.

Bildirilib ki, iclasın 20 noyabr tarixində keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 11-22 noyabr tarixlərində Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası keçiriləcək. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

media-ads_728_90
Paylaş