Bakıda türk dünyası ilə bağlı beynəlxalq konfrans keçiriləcək - ÖZƏL/VİDEO
“Bakıda türk dünyasına həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək”.
Bu barədə “TV1”ə özəl açıqlamasında konfransın təşkilatçısı, türkoloq Güllü Yoloğlu məlumat verib.
O qeyd edib ki, tədbir Novruz bayramı ərəfəsində keçiriləcək:
“Beynəlxalq konfrans AMEA-da təşkil olunacaq. Tədbirə türk dövlətlərindən – Türkiyədən, Qazaxıstandan, Qırğızıstandan, Türkmənistandan, Şimali Kipr Türk Respublikasından çoxsaylı qonaqlar dəvət olunacaq. Elmi konfransın Novruz bayramı ərəfəsində təşkil olunması isə təsadüfi deyil. Tədbirdə xalqların adət-ənənələrini əks etdirən milli atributlar, rəmzlər, simvollar nümayiş olunacaq”.
Qeyd edək ki, ənənə halını almış türk dünyası ilə bağlı beynəlxalq konfrans artıq 3 ildir ki, Bakıda keçirilir.
Daha ətraflı videomüsahibədə:
Mətanət Əliyeva