“Bakıkart” tətbiqi nə zaman işləyəcək? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, əhalinin geniş istifadə etdiyi “BakıKart” tətbiqi bir müddətdir işləmir.
“TV1” xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, “BakıKart” tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində hazırda işlər davam etdirilir.
“Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik”, – qurumun məlumatında deyilir.
Avtobuslarda bank kartı ilə ödənişin nə vaxt mümkün olacağı ilə əlaqədar isə bildiriblər ki, hazırda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülməkdədir.
“Paralel olaraq bank kartları vasitəsilə də gediş haqqlarının ödənilməsinin təmin edilməsi istiqamətində işlər aparılır”, – deyə qurumdan bildirilib. /trend/