Bakının məscidlərində bayram namazı qılınıb
Müqəddəs Ramazan bayramı münasibətilə martın 30-da Bakıda bayram namazı qılınıb.
“TV1” xəbər verir ki, bayram namazının qılınmasına Əjdərbəy məscidində saat 8.00-da, Təzəpir məscidində isə saat 9.00-da başlanılıb.
Bayram namazının ardından dualar edilib, dünyamıza sülh, ölkəmizə əmin-amanlıq, xalqımıza firavanlıq arzulanıb. Allahdan Ordumuza güc-qüvvət, yaralılara şəfa, şəhidlərimizə rəhmət dilənib.
Ramazan ayında insanların həm mənəvi, həm də fiziki cəhətdən gümrahlaşdığı deyilib.
Ramazan ayında insan Uca Yaradanla daha sıx təmasda olur, haqqa yaxın düşür, səmimi, ürəkdən edilən bütün dualar, hacətlər qəbul olunur.