Bank məlumatlarınızı naməlum şəxslərlə paylaşmayın - DİN-dən ÇAĞIRIŞ

media-ads_728_90

Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Mayın 8-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 5000, 1010, 1000, 880, 849, 744, 660, 600, 200, 160, 125, 73, 50 və 42 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

“TV1” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilib.

Məlumatda qeyd olunur ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır:

“Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”.

media-bank

media-ads_728_90
Paylaş