Banklara ən az və ən çox əmanət yerləşdirən regionlar – CƏDVƏL

media-ads_728_90

Bu ilin martın 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlər 14,835 milyard manat təşkil edib.

“TV1” xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, ölkə üzrə cəlb olunmuş əmanətlərin ən çoxu – 13,1 milyard manatı Bakı iqtisadi rayonunun, ən azı – 439 min manatı isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb.

Dövr ərzində regionlar arasında bankda əmanəti olanların siyahısında Abşeron-Xızı iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 529,3 milyon manat pulu var.

Siyahıda üçüncü yerdə isə 232,2 milyon manat əmanət cəlbi ilə Gəncə-Daşkəsən iqtisadi rayonu qərarlaşıb.

Regionlar üzrə cəlb olunmuş əmanətlərin siyahısını təqdim edirik:

Regionlar üzrə cəlb olunmuş əmanətlər
Regionların adı Məbləğ (min manat) Orta % dərəcəsi
Bakı iqtisadi rayonu 13,105,179 4.37%
Abşeron-Xızı iqtisadi rayonu 529,281 6.39%
Gəncə-Daşkəsən iqtisadi rayonu 232,228 6.40%
Quba-Xaçmaz iqtisadi rayonu 141,891 5.68%
Lənkəran-Astara iqtisadi rayonu 129,969 5.62%
Şəki-Zaqatala iqtisadi rayonu 127,470 4.81%
Mərkəzi Aran iqtisadi rayonu 123,423 5.75%
Qazax-Tovuz iqtisadi rayonu 113,540 6.03%
Qarabağ iqtisadi rayonu 91,714 5.00%
Naxçıvan iqtisadi rayonu 75,094 4.13%
Şirvan-Salyan iqtisadi rayonu 71,201 4.54%
Mil-Muğan iqtisadi rayonu 49,885 3.77%
Dağlıq Şirvan iqtisadi rayonu 44,552 5.36%
Şərqi Zəngəzur iqtisadi rayonu 439 3.19%
Cəmi 14,835,866 4.53%

 

media-ads_728_90
Paylaş