Banqkokda binanın uçması nəticəsində üç nəfər həlak olub, 90 nəfər itkin düşüb - YENİLƏNİB

media-ads_728_90

Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı üç nəfərə çatıb.

“TV1” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Banqkok qubernatoru Çadçart Sittipunta istinadən bildirib.

“Banqkok qubernatoru qonşu Myanmada baş verən güclü zəlzələ nəticəsində dağıntılar səbəbindən Tailandın paytaxtında üç nəfərin öldüyünü təsdiqləyib”, – deyə məlumatda qeyd olunub.

Sittiphan əhaliyə mümkün afterşoklarla bağlı xəbərdarlıq edib və ümumilikdə vəziyyətin nəzarət altında olduğunu bildirib.

KİV-in məlumatına görə, Banqkokda göydələnin uçması nəticəsində 90 nəfər itkin düşmüş hesab olunur.

12:49  ——————————————————————————————————————————————-

Tailandın paytaxtı Banqkokda tikilməkdə olan 30 mərtəbəli bina uçub. Nəticədə bir nəfər həlak olub, 43 nəfər isə itkin düşüb.

“TV1” xəbər verir ki, bu barədə “Xinhua” agentliyi xəbər verib.

Qeyd edək ki, Banqkokda uçmuş binanın dağıntıları altında 43 fəhlə qalıb. TASS-ın yaydığı məlumata görə, şəhərdə çoxmərtəbəli binaların sakinlərinin təxliyəsi elan edilib.

Güclü zəlzələdən sonra Banqkokda fövqəladə vəziyyət rejimi elan edib. Yeraltı və yerüstü metro fəaliyyətini dayandırıb.

media-ads_728_90
Paylaş