Banqladeşdə təyyarə məktəbə çırpılıb - 19 ölü, 50 yaralı/VİDEO
Banqladeşin paytaxtı Dəkkə şəhərində təlim təyyarəsinin məktəbə çırpılması nəticəsində 19 nəfər ölüb, 50 nəfərdən çox insan xəsarət alıb.
“TV1” xəbər verir ki, “Reuters”-in məlumatına görə, təyyarə hərbi hava qüvvələrinə məxsus və Çin istehsalı olan F-7 BGI tipli olub.
Hadisənin səbəbləri ilə bağlı məlumat verilməyib.
Faktla bağlı araşdırma aparılır.