Mina və PHS partlayışları nəticəsində 18 nəfər xəsarət alıb - Baş Prokurorluq
Ermənistan tərəfinin apardığı mina terroru nəticəsində 2025-ci ilin birinci yarımilində mina və partlamamış hərbi sursat (PHS) partlayışları nəticəsində 18 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
“TV1” xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 400 şəxs bu terrorun qurbanı olub, onlardan 70 nəfəri həlak olub, 330 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb.