media-1200x100

Bələdiyyə seçkiləri ilə bağlı qeydə alınan namizədlərin sayı AÇIQLANDI

media-ads_728_90

“Bələdiyyə seçkiləri ilə bağlı 16096 nəfər namizəd qeydə alınıb”.

“TV1” xəbər verir ki, bunu bu gün 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edərkən jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib

O qeyd edib ki, 8071 üzv seçilməlidir.

“İşğaldan azad olunmuş ərazilərdə bələdiyyə seçkiləri keçirilməyəcək. Amma hesab edirəm ki, növbəti seçkilərdə artıq Azərbaycanın bütün ərazilərində bələdiyyə seçkiləri keçiriləcək. Azərbaycanda fəaliyyət göstərən 26 siyasi partiyadan 23-ü bu seçkilərdə iştirak edir”, – deyə MSK sədri əlavə edib.

Qeyd edək ki, Azərbaycanda yanvarın 29-da bələdiyyə seçkiləri keçiriləcək.

media-ads_728_90
Paylaş