media-1200x100

Beynəlxalq Avrasiya Mətbuat Fondu 32 yaşını qeyd edir - ÖZƏL/VİDEO

media-ads_728_90

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) yaradılmasının 32-ci ildönümüdür. Geniş fəaliyyəti olan BAMF-nin çoxsaylı beynəlxalq qurumlarla əlaqələri, birgə fəaliyyəti var.

BMT-nin İnkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, ABŞ Dövlət Departamenti, ABŞ Tədqiqat Əməliyyat Mərkəzi, Avropa Komissiyası, NATO, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, Sərhədsiz Reportyorlar, Beynəlxalq Söz Azadlığı Mübadiləsi, Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutu, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.

Qeyd edək ki, BAMF 1992-ci il sentyabrın 4-də müstəqil beynəlxalq qeyri-hökumət təşkilatı olaraq dövlət qeydiyyatına alınıb. Beynəlxalq Avrasiya Mətbuat Fondu media və vətəndaş cəmiyyətinin inkişafı, sülhməramlı aksiyalar və konfliktologiya, qaçqınlar, məcburi köçkünlər və icma problemləri istiqamətlərində fəaliyyət göstərir. Təşkilat Beynəlxalq Mətbuat İnstitutunun tərəfdaşı kimi bu nüfuzlu qurumun hər il keçirdiyi Dünya Konqreslərində və Baş Assambleyalarında iştirak edir, təkliflər irəli sürür, Azərbaycanda müstəqil medianın inkişafı ilə bağlı məsələlər qaldırır.

BAMF-nin prezidenti Umud Mirzəyev “TV1”-in qonağı oldu. Onunla rəhbərlik etdiyi qurumun çoxşaxəli fəaliyyəti ilə bağlı maraqlı söhbət etdik.

“TV1” komandası olaraq BAMF heyətini ürəkdən təbrik edir, onlara yeni uğurlar arzulayırıq.

Daha ətraflı videosüjetdə:

media-ads_728_90
Paylaş