Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin SON DURUMU

media-ads_728_90

Aktyor Vüsal Murtuzəliyevin vəziyyəti stabildir.

“TV1” xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, iyulun 19-u saat 14:40 radələrlində 1982-ci il təvəllüdlü şəxs Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə kəskin baş ağrıları, baş gicəllənmə səbəbilə müraciət edib.

“Həkim müayinəsindən sonra pasiyentə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib və müvafiq şöbəyə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir”, – deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Vüsal Murtuzəliyev Əməkdar artist Dilarə Əliyevanın qardaşıdır. /report/

media-ads_728_90
Paylaş