Bəzi universitetlərin qeydiyyat zamanı kağız formada sənəd tələb etməsi doğru deyil - RƏSMİ
“Bəzi universitetlərin qəbul olunan tələbələrdən qeydiyyat zamanı kağız formada sənəd tələb etməsi doğru deyil”.
“TV1” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, artıq nazirlik tam rəqəmsal sistemə keçib.