Bu ölkələrin vətəndaşları Azərbaycan sərhədindən keçərək İrandan təxliyə olunur
İranda yaranmış böhranlı vəziyyət səbəbindən bu ölkəni tərk etmək məcburiyyətində qalan əcnəbi vətəndaşların Azərbaycandan keçməklə öz ölkələrinə yola salınması prosesi davam edir.
“TV1” xəbər verir ki, bir neçə gün ərzində təxliyə olunan Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası vətəndaşlarından sonra Portuqaliya, Filippin, Finlandiya və digər ölkələrdən olan şəxslər də Astara dövlət sərhədindən buraxılış məntəqəsini keçib.
Qeyd edək ki, gömrük prosedurlarından sonra təxliyə olunan xarici ölkə vətəndaşları avtobuslarla H.Əliyev hava limanına yola salınırlar.
Xatırladaq ki, iyunun 15-də Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfərlik heyətinin İrandan Azərbaycana təxliyəsi başa çatıb.