Biz dialoqu seçirik - Ərdoğan
“Biz münaqişələr əvəzinə dialoqu seçirik”.
“TV1” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Antalya Diplomatiya Forumunun (ADF2025) açılış mərasimində deyib.
“Xarici siyasət və beynəlxalq münasibətlər sahəsində aparıcı beynəlxalq tədbirlər sırasında öz layiqli yerini tutan foruma yüksək marağı məmnunluqla qeyd etmək istəyirik. Bir daha dünyaya bəyan edirik ki, biz münaqişə əvəzinə dialoqu, qütbləşmə əvəzinə kollektiv müdrikliyi, güc yarışında isə qlobal vicdanı seçirik”, – deyə R.T.Ərdoğan bildirib.