Böyün Qayıdış: Növbəti köç karvanı Bəylik kəndinə çatıb

media-ads_728_90

Mayın 29 – da doğma yurduna yola salınan köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb. Bu mərhələdə köçürülən 163 nəfərdən ibarət 41 ailə köçürülüb.

“TV1” xəbər verir ki, Bəylik kəndinin klub – icma mərkəzində ailələrin qarşılanma mərasimi keçirilib.

Mərasimdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

media-ads_728_90
Paylaş