media-1200x100

BP şirkəti əməkdaşlarının 5 faizini ixtisar edir

media-ads_728_90

BP şirkəti 4700 əməkdaşını ixtisar edəcəyini açıqlayıb. Hazırda 90 min nəfərin çalışdığı şirkətdə bu rəqəm 5 faiz təşkil edir.

“TV1” xəbər verir ki, əməkdaşların ixtisarı şirkətin Baş direktoru Mürrey Okinklossun xərcləri azaltmaq və investorların bu enerji nəhənginə etimadını bərpa etmək strategiyası çərçivəsində həyata keçirilir.

Okinkloss ötən il bəyan etmişdi ki, 2026-cı ilin sonunadək Britaniya şirkəti xərclərini minimum 2 milyard dollar azaldacaq, habelə gəliri artırmaqla investorların energetika keçidinə dair onun strategiyasına şübhələri aradan qaldıracaq.

 

media-ads_728_90
Paylaş