Britaniya İsraillə ticarət danışıqlarını dayandırıb

media-ads_728_90

Böyük Britaniya İsrail Ordusunun Qəzza zolağında həyata keçirdiyi yeni əməliyyat səbəbindən bu ölkə ilə azad ticarət sazişinin bağlanması ilə bağlı danışıqları dayandırıb.

“TV1” xəbər verir ki, bu barədə Birləşmiş Krallığın xarici işlər naziri Devid Lemmi bildirib.

O deyib ki, London bu addımı İsrailin Baş naziri Benyamin Netanyahunun humanitar yardımın çatdırılmasını əngəlləməsi və anklavda hərbi əməliyyatları genişləndirməsi ilə əlaqədar atıb.

D.Lemmi əlavə edib ki, İsrail səfiri Tsipi Hotoveli Britaniya Xarici İşlər Nazirliyinə çağırılacaq.

Qeyd edək ki, Netanyahu bir müddət əvvəl bəyan etmişdi ki, İsrail Qəzza zolağının bütün ərazisinə nəzarət edəcək və HAMAS-ın humanitar yardımı talamasına imkan verməyəcək.

Xatırladaq ki, mayın 18-də İsrail Ordusu Qəzza zolağında “Gideonun arabaları” kod adlı genişmiqyaslı quru əməliyyatlarına başlayıb.

media-ads_728_90
Paylaş