Britaniya və Almaniya arasında tarixi müdafiə sazişi imzalanıb
Böyük Britaniya və Almaniya müdafiə, iqtisadiyyat və miqrasiya sahələri üzər “Dostluq və Əməkdaşlıq Müqaviləsi” imzalayıblar.
“TV1” xəbər verir ki, müqaviləni Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniyanın Kansleri Fridrix Merts imzalayıb.
Bu, 1945-ci ildən bu günə imzalanmış ən böyük müqavilədir.
Qeyd edək ki, Almaniya kansleri Fridrix Merz may ayında vəzifəyə gəldikdən sonra ilk dəfə olaraq Britaniyaya rəsmi səfər edib.