Əfv Komissiyasının iclasları yekunlaşdı - Rəylər Prezidentə təqdim olunacaq - ÖZƏL/YENİLƏNİB

media-ads_728_90

“Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün 7-ci və sonuncu iclası keçirilib”.

Komissiyanın üzvü Əliməmməd Nuriyevin “TV1”-ə özəl açıqlamasında verdiyi məlumata görə, bugünkü iclasda 100-dən artıq müraciətə baxılıb.

O bildirib ki, Komissiyanın bu il üçün nəzərdə tutulan iclaslarına yekun vurulub: “Komissiyaya daxil olan müraciətlərə baxılıb. Müraciətlər əsasında hazırlanan rəylər Prezident İlham Əliyevə təqdim olunacaq”.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının builki iclaslarında ümumilikdə 800-yə yaxın müraciətə baxılıb.

xxx

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün sayca 7-ci iclası keçiriləcək.

Bu barədə “TV1”-ə Komissiyanın üzvü Əliməmməd Nuriyev bildirib.

O qeyd edib ki, bu gün komissiyanın bu il üçün sonuncu iclası keçiriləcək:

“Bu gün Komissiyaya daxil olan yeni müraciətlərə baxılacaq. Müsbət rəy verilənlərin siyahısı ölkə Prezidentinə təqdim ediləcək”.

Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının bu il 6 iclası keçirilib. 700-dən çox müraciətə baxılıb.

Mətanət Əliyeva 

media-ads_728_90
Paylaş