media-1200x100

Bu gün “planetlərin böyük paradı” müşahidə olunacaq

media-ads_728_90

Yanvarın 21-də “planetlərin böyük paradı” müşahidə olunacaq.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından “TV1”-ə verilən məlumata görə, axşamdan Günəş batan kimi 6 planet – Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun Yerdən eyni vaxtda görünəcəklər. Səmada görünmə ardıcıllığı isə qərbdən şərqə doğru belə olacaq: Saturn, Venera, Neptun, Uran, Yupiter və Mars. Uran və Neptunu müşahidə etmək üçün durbin və ya teleskop tələb olunur, çünki bu planetlər adi gözlə görünməyəcək. Digər planetləri (Venera, Mars, Yupiter və Saturn) adi gözlə asanlıqla müşahidə etmək mümkündür.

Növbəti “planetlərin böyük paradı” fevralın 28-də olacaq.

media-ads_728_90
Paylaş