Bu il 30 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

media-ads_728_90

Bu ilin birinci rübündə daha 30 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub.

“TV1” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilir ki, uşaqların həmin müəssisələrinə düşməsinin qarşısının alınması üçün də həssas qruplara aid uşaqlar və ailələri ilə bağlı Ailə İnkişaf Planları əsasında sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır.

Yanvar-mart aylarında 54 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların öz ailələrində saxlanması təmin olunub.

media-ads_728_90
Paylaş