Bu il ilk dəfə Cəbrayılda qurbanlıq kəsimlər üçün çadırlar qurulacaq
Bu il ilk dəfə olaraq Cəbrayılda qurbanlıq kəsimlər üçün çadırlar qurulacaq.
Bu barədə “TV1”-İn sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan (AQTİ) bildirilib.
Məlumat verilib ki, iyunun 6-7-də yəni Qurban bayramı günlərində Cəbrayıl rayonu Dəmir Yumruq küçəsi, həmçinin Şuşada quraşdırılan çadırtipli kəsim məntəqələrində AQTİ səyyar laboratoriyaları fəaliyyət göstərəcək.
Səyyar laboratoriyalar qida təhlükəsizliyi üzrə müxtəlif növ müayinələrin aparılması üçün tam təchiz olunub.
Məlumata əsasən, qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda operativ formada müayinə ediləcək. Eyni zamanda bayram günlərində AQTİ laboratoriyaları gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək./report