media-1200x100

Bu ilin 7 ayında 27 minə yaxın nikah, 12 mindən çox boşanma qeydə alınıb

media-ads_728_90

Cari ilin yanvar-iyul ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 26837 nikah və 12370 boşanma halları qeydə alınıb.

“TV1” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dan 4,5-ə düşmüş, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

media-ads_728_90
Paylaş