Bu ilin ikinci Günəş tutulması başa çatıb
Avqustun 12-də ilin ikinci Günəş tutulması olub.
“TV1” xəbər verir ki, Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının məlumata görə, bu, tam Günəş tutulmasıdır.
Qismən tutulma saat 19:34-də başlayıb və 23:57-də başa çatıb. Tutulma hadisəsi təxminən 4 saat 24 dəqiqə davam edib. Tutulmanın maksimumu saat 21:46-ya təsadüf edib. Mərkəzi tutulma saat 20:57-də başlayıb və saat 22:30-da başa çatıb.
Tam tutulma maksimum 2 dəqiqə 18 saniyə davam edib.
Günəş tutulması hadisəsi Azərbaycan ərazisindən müşahidə olunmayıb.








