Bu küçədə hərəkət məhdudlaşdırılacaq - Sakinlərin NƏZƏRİNƏ
Sabah saat 08:00-dan iyulun 20-si saat 22:00-a qədər Bakının Nizami rayonunun Əlif Hacıyev küçəsində (Qara Qarayev prospekti ilə kəsişməsindən Mehdi Abbasov küçəsinin kəsişməsinə qədər olan hissəsi) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin məlumatında bildirilir.
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.