Bu miqrantlar Rusiyanı tərk etməlidirlər - DİN
“İşdən və ya universitetdən qovulan, barmaq izindən keçməyən və rus dilini öyrənməyən miqrantlar Rusiyanı tərk etməlidirlər”.
“TV1” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin (DİN) rəhbəri Vladimir Kolokoltsev deyib.
Nazir bildirib ki, Rusiya cəmiyyətinə faydası olmayanlar ölkəmizi tərk etməlidirlər.