Bu ölkələrin nümayəndələri İrandan Azərbaycana gətiriləcək

media-ads_728_90

Rusiya və bir sıra ölkələrin 90-a yaxın mədəniyyət nümayəndəsi quru yolla İrandan Azərbaycana gətiriləcək.

“TV1” xəbər verir ki, Azərbaycana edilmiş müraciətlər əsasında, İrandan təxliyələrin həyata keçirilməsinə dəstək göstərilir.

Görülən müvafiq tədbirlər nəticəsində, yaxın günlərdə bir sıra ölkələrin nümayəndələrinin və vətəndaşlarının, İranda səfərdə olan Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfər heyətinin, habelə Rusiyanın xalq artisti və rejissor Fyodr Bondarçuk daxil olmaqla, Rusiya və digər ölkələrin vətəndaşlarının olduğu 90 nəfərə yaxın aktyor və incəsənət heyətinin quru yolla İrandan Azərbaycana gəlməsi nəzərdə tutulur. /report/

media-ads_728_90
Paylaş