media-1200x100

42 minə yaxın tələbəyə təhsil krediti verilib

media-ads_728_90

Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı gündən bu günə qədər Təhsil Tələbə Krediti almaq üçün müraciətlərin statistikası açıqlanıb.

“TV1” xəbər verir ki, Təhsil Tələbə Krediti Fondundan verilən məlumata görə, tələbə krediti üçün ümumilikdə 54065 nəfər müraciət edilib.

Onlardan 41268 nəfərə kredit verilib. 14231 nəfərə sosial, 27037 nəfərə isə standart kreditin verilməsi rəsmiləşdirilib.

Bildirilib ki, müraciətlərin 917-si natamam olub, 10267 müraciətə isə imtina verilib.

media-ads_728_90
Paylaş