Bundestaqın saxlanılması Almaniya büdcəsinə hər il milyard avroya başa gəlir

media-ads_728_90

Xərclər həddindən artıq yüksək olaraq qalır. Bundestaqın saxlanılması Almaniya büdcəsinə hər il milyard avroya başa gəlir.

“TV1” xəbər verir ki, BİLD mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, deputatların sayının 733-dən 630-a endirilməsinə baxmayaraq, Almaniya parlamentinin fəaliyyəti ilə bağlı xərclər demək olar ki, dəyişməz qalıb və hələ də ildə bir milyard avronu keçir.

Vergi Ödəyiciləri İttifaqı bu barədə məlumat verərək bildirib ki, xərclər həddindən artıq yüksək olaraq qalır və qənaət imkanlarından istifadə edilmir.

Əsas səbəb, Vergi Ödəyiciləri İttifaqının fikrincə, infrastrukturdan səmərəsiz istifadədir.

Parlamentdə indi daha az deputat və işçi heyəti olsa da, Bundestaq Berlində 6300 ofisi olan 32 binanı icarəyə götürməyə davam edir.

“Hazırda parlamentdə daha az deputat var, buna görə də deputat heyəti və deputat qruplarının üzvləri daha azdır. Ona görə də hesab edirik ki, 500-dən çox vəzifə lazımsız olacaq”, – deyə Vergi Ödəyiciləri Assosiasiyasından bildiriblər.

media-ads_728_90
Paylaş